Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Sabah Bakının bəzi ərazilərində su olmayacaq.
Modern.az-ın xəbərinə görə, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Qeyd olunub ki, magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı gün ərzində mərhələlərlə bərpa olunacaq.