Sabah Bakının bu ərazisində qaz olmayacaq

26.11.2024

Icma.az, Anews portalına istinadən məlumat yayır.

Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə  27.11.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.Bu barədə "Azəriqaz” İB-dən məlumat verilib.

Təmir-bərpa işləri aparılan müddətdə Ələsgər Ələkbərov, İsmayıl Bəy Qutqaşınlı, Seyfəddin Dağlı, Kazım Kazımzadə küçələrinin qaz təchizatında fasilə yaranacaq.
www.anews.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью