Sabah Bakının bu rayonlarında qaz olmayacaq KONKRET

19.10.2026

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Sabah saat 09:00-dan Bakının Yasamal və Nəsimi rayonlarının, Səbail rayonunun böyük hissəsinin, Binəqədi rayonunun 9-cu və 6-cı mikrorayonlarının, Vorovski və Xutor yaşayış massivlərinin, Sulutəpə və Xocasən qəsəbələrinin və Biləcəri qəsəbəsinin bir hissəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

KONKRET.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Məlumata görə, buna səbəb SOCAR-ın “Qaz İxrac” İdarəsinin yeni çəkdiyi kəmərin mövcud yüksək təzyiqli magistral kəmərə birləşdirilməsidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью