Sabah Bakıya hansı saatlarda yağış yağacaq?

17.11.2024

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Milli Hidrometeorologiya Xidməti gözlənilən hava şəraiti barədə məlumat açıqlayıb.

Xidmətdən Globalinfo.az-a bildirlib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 18-i günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında noyabrın 18-i gecə və səhər bəzi şərq rayonlarında qısamüddətli leysan xarakterli yağış yağacağı gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью