Yenicag saytından alınan məlumata görə, Icma.az bildirir. Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
Bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
Bu barədə Yenicag.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd edilib ki, yağış axşam tədricən kəsiləcək.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 6-10° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu olacaq.
Nisbi rütubət gecə və gündüz 70-80 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacaq.
Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 14-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.
www.yenicag.az Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.