Sabah Barselona matçı bu tarixdə keçiriləcək DƏQİQLƏŞDİ

29.08.2026

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki oyunlarının təqvimi bəlli olub.

Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi sentyabrın 10-da İngiltərədə "Mançester Yunayted"lə üz-üzə gələcək. 

Ölkə çempionu oktyabrın 13-də, Bakıda Çexiyanın "Slaviya", 20-də Almaniyanın "Borussiya" (Dortmund) komandasını qəbul edəcək. 

Noyabrın 4-də Norveçdə "Vikinq"in qonağı olacaq "bayquşlar" noyabrın 25-də Bakıda "Barselona" ilə qarşılaşacaq. 

"Sabah" dekabrın 8-də İspaniyada "Vilyarreal"la münasibətlərə aydınlıq gətirəcək. 

Nəhayət, bakılılar 2027-ci il, yanvarın 20-də "Napoli"ni qəbul edəcək, yanvarın 27-də İngiltərədə "Arsenal"la üz-üzə gələcək.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью