“Sabah” “Barselona” matçına indiyədək nə qədər bilet satılıb? KLUBDAN ə AÇIQLAMA

23.11.2026

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Futbol üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turu çərçivəsində keçiriləcək “Sabah” - “Barselona” (İspaniya) oyununa satılan biletlərin sayı açıqlanıb.

Bu barədə Azərbaycan təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov İdman.Biz-ə məlumat verib.

Onun sözlərinə görə, paket satışlar da daxil olmaqla, qarşılaşma üçün indiyədək 62 min bilet satılıb.

Xatırladaq ki, “Barselona” bu gün Bakı vaxtı ilə saat 16:00-da Josep Tarradellas hava limanından paytaxtımıza yola düşəcək. Komandanın saat 21:10-da Bakıya çatması planlaşdırılır.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsində dörd turdan sonra “Barselona” doqquz xalla turnir cədvəlinin beşinci, “Sabah” isə üç xalla 31-ci pilləsində qərarlaşıb. Noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” - “Barselona” matçı saat 21:45-də start götürəcək.

İlqar Şabanov

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью