Sabah Barselona: Mətbuat konfransları və açıq məşqlər

23.11.2026

Apasport saytına istinadən Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasının liqa mərhələsində keçiriləcək “Sabah” – “Barselona” oyunu öncəsi mətbuat konfranslarının və media üçün açıq məşqlərin vaxtı müəyyənləşib.
Apasport.az xəbər verir ki, “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı noyabrın 24-də saat 18:00-da, media üçün açıq məşqi isə saat 18:30-da başlayacaq.
“Barselona”nın çalışdırıcısı Hans Flikin mətbuat konfransı həmin gün saat 19:15-də, media üçün açıq məşqi isə saat 20:00-da başlayacaq.
Bakı Olimpiya Stadionunda keçiriləcək hər iki məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq. Mətbuat konfransları da eyni məkanda təşkil olunacaq.
Qeyd edək ki, “Sabah” – “Barselona” oyunu noyabrın 25-də saat 21:45-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Millətlər Liqası: Portuqaliya və Norveçdən əzmkar qələbə – YENİLƏNİB Rui Jorje: “Məqsədimiz inkişaf etməkdir” Azərbaycan yığması səfərdə qələbə qazanıb Azərbaycan millisindən qələbə Millətlər Liqası: Niderland Almaniyadan əliboş qayıdır - YENİLƏNİB
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью