Sabah Barselona oyunu üçün 60 mindən çox bilet satılıb

20.11.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda "Sabah" və İspaniyanın "Barselona" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununa 60 mindən çox bilet satılıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib.

Onun sözlərinə görə, Liqa mərhələsinin V turunun qarşılaşması üçün indiyədək 62 min bilet alınıb.

Xatırladaq ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq "Sabah" - "Barselona" matçı saat 21:45-də start götürəcək.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью