Moderator.az saytına istinadən Icma.az xəbər verir.
"Sabah" - "Barselona" oyununda həyatını itirən rusiyalı azarkeşlə bağlı yeni təfərrüat məlum olub.
Moderator.az "Trend"ə istinadən xəbər verir ki, A.Petrişev 11 yaşlı oğlu ilə birlikdə qarşılaşmanı izləmək üçün bir gün əvvəl Azərbaycana gəlib.
Bildirilir ki, azarkeş qarşılaşmanın ikinci hissəsində oğlunun yanında olarkən həyatını itirib. Hadisə şahidləri təcili tibbi yardım çağırıblar və hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib.
TƏBİB-dən bildirilib ki, təcili tibbi yardım briqadası tərəfindən bir nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.