“Sabah” “Barselona” oyununu onlar idarə edəcək

23.11.2026

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


UEFA Çempionlar Liqasının 5-ci turunda “Sabah” və “Barselona” arasında keçiriləcək oyununun hakimləri məlum olub.
Yeniavaz.com
UEFA-ya istinadla xəbər verir ki, oyunu şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim FIFA referisi Nikolas Uolş olacaq. Ona həmyerliləri Frensis Konnor və Deniel Makfarleyn köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Donald Robertson yerinə yetirəcək.
VAR-da Endryu Dallas, AVAR-da Stiven Maklin əyləşəcək.
Qeyd edək ki, “Sabah” - “Barselona” oyunu noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyun saat 21:45-də start götürəcək.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью