Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan təmsilçisi “Sabah” basketbol klubu bu gün Basketbol Çempionlar Liqasında ilk oyununa çıxıb.
Metbuat.az xəbər verir ki, litvalı mütəxəssis Rimas Kurtinaytisın rəhbərlik etdiyi komanda B qrupunun 1-ci turunda səfərdə Çexiyanın “Nimburk” klubu ilə qarşılaşıb.
Görüş meydan sahiblərinin üstünlüyü ilə yekunlaşıb – 93:65.
Qrupun digər qarşılaşması sabah Almaniyanın “Alba” və Fransanın “Elan Şalon” komandaları arasında baş tutacaq.
“Sabah” növbəti oyununu oktyabrın 15-də Bakıda “Alba” klubuna qarşı keçirəcək.