Sabah basketbol klubu FIBA Avropa Kubokunda ilk qələbəsini qazanıb

14.11.2024

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

 "Sabah" basketbol klubu FIBA Avropa Kubokunda ilk qələbəsini qazanıb.
Bizim.Media xəbər verir ki, Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv G qrupunda İsveç təmsilçisi "Norrçepinq Dolfins"ə 83:75 hesabı ilə qalib gəlib.
"Bayquşlar" əvvəlki qarşılaşmaların nəticələrinə əsasən FIBA Avropa Kubokunda mübarizəni dayandırıb.
Qeyd edək ki, "Sabah" daha əvvəl hər iki görüşdə Yunanıstanın "Marussi" kollektivinə uduzub - 70:82, 71:82. Azərbaycan komandası həmçinin qrupda keçirdiyi digər oyunlarda Belçikanın "Spiru" klubuna evdə 68:78, səfərdə 81:82, "Norrçepinq Dolfins"ə isə Bakıda 70:74 hesabı ilə yenilib.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью