Sabah basketbol klubu Nik Perkinsi transfer edib

08.08.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Sabah" basketbol klubu Nik Perkinsi transfer edib.

Bu barədə paytaxt təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

ABŞ-dan olan oyunçu ilə 2 illik müqavilə imzalanıb.

203 sm boya malik Perkins karyerası ərzində Yaponiya, İtaliya, Cənubi Koreya, Puerto Riko və Tayvan çempionatlarında forma geyinib.

Nik Perkins fiziki gücü, səbətaltı mübarizəsi və hücum potensialı ilə seçilir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью