“Sabah” basketbol komandası bu gün ÇL də mübarizəyə başlayır

07.10.2025

Icma.az bildirir, Qol.az portalına istinadən.

Azərbaycan təmsilçisi “Sabah” basketbol klubu bu gün Çempionlar Liqasında mübarizəyə başlayır.

QOL.az xəbər verir ki, litvalı Rimas Kurtinaytisın baş məşqçisi olduğu komanda B qrupunun 1-ci tur oyununa çıxacaq.

Azərbaycan çempionu Çexiyada yerli “Nimburk” klubunun qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 20:30-da başlanacaq. 

Bu qrupun digər oyunu Almaniyanın “Alba” və Fransanın “Elan Şalon” komandaları arasında sabah keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью