“Sabah” “Bazel”ə qarşı İdman və Biz

06.11.2024

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası növbəti avrokubok oyununu keçirəcək.

İdman.biz xəbər verir ki, Bakı klubu Gənclər Liqasında “Bazel”lə görüşəcək.

Çempionlar yolunun 2-ci mərhələsinin cavab oyunu daha çox formal xarakter daşıyır. Səfərdə 0:6 hesabı ilə uduzan təmsilçimiz möcüzə arzusunda olsa da, bu, real görünmür.

Qeyd edək ki, qarşılaşma “ASCO Arena”da keçiriləcək.

Gənclər Liqası
Çempionlar yolu
2-ci mərhələ, cavab oyunu
6 noyabr
18:00. “Sabah” – “Bazel” (İsveçrə)
Baş hakim:
Rustam Omarov (Qazaxıstan)
Bakı. “ASCO Arena”
İlk oyun – 0:6

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью