“Sabah” Berezutskinin mümkün istefa xəbərini təkzib edib

10.04.2025

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

"Klubun Berezutskini vəzifəsindən azad edə biləcəyi doğru deyil".

İdman.biz xəbər verir ki, bunu “Sabah” klubunun baş direktoru Ramin Həsənov "Championat"a komandanın baş məşqçisi Vasili Berezutskinin istefaya göndəriləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

Son vaxtlar klub rəhbərliyinin rusiyalının çalışdırdığı komandanın nəticələrindən və oyunundan narazı qaldığı və onunla yollarını ayırmaq niyyətində olduğu barədə məlumatlar yayılıb.

Qeyd edək ki, “Sabah” Azərbaycan Premyer Liqasında beşinci yerdədir. 29 oyunda 36 xal toplayan komanda lider "Qarabağ"dan 34 xal geri qalır.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью