Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Futbolpress.az xəbər verir ki, mərasim saat 15:00-da başlayacaq.
“Sabah” Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkanın “Orxus” komandası ilə duellərdə məğlub ayrılarsa, mübarizəni Avropa Liqasında davam etdirəcək. “Bayquşlar”ın burda pley-offdakı potensial rəqibləri aşağıdakılardır:
Benfika (Portuqaliya) – Harts (Şotlandiya) cütünün qalibi
Makkabi (Təl-Əviv, İsrail) – ÇSKA (Bolqarıstan) cütünün qalibi
Kralove (Çexiya) – Beşiktaş (Türkiyə) cütünün qalibi
Lex (Polşa) – Klaksvik (Farer adaları) cütünün qalibi.