“Sabah” beynəlxalq turnirdə çıxışını başa vurub | Icma.az
Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Sabah"ın U-13 və U-15 komandalarının iştirak etdiyi, Türkiyənin Antalya şəhərində keçirilən “Junior World Cup” beynəlxalq futbol turnirinə yekun vurulub.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, U-13 “Konyaspor”a 3:1, “Hatay Altın Gençlik”ə isə 11:0 hesabıyla qalib gələrək qrup mərhələsini 2-ci sırada başa vurub.
“Konyaspor”la oyunda "Sabah"ın qollarına Yusif Ağayev, Əli Hüseynli və İbrahim Sədiyev imza atıblar.
“Hatay Altın Gençlik” komandası ilə qarşılaşmada isə Yusif Ağayev (5), Cəlal Məmmədli (3), Hüseyn Musayev, Çingiz Müslümov və Eltun Məmmədov fərqləniblər.
Nasir Nəsirlinin çalışdırdığı komanda 9-cu yer uğrunda matçlarda Türkiyənin "Kadriyespor" komandasını 9:0, Belarusun "Energetik" komandasını 3:0, Türkiyənin "Özerspor" komandasını isə 1:0 hesabıyla məğlub edib.
"Kadriyespor"la oyunda təmsilçimizin qollarına Yusif Ağayev (3), Cəlal Məmmədli, Elman Tahirov, Çingiz Müslümov, Amal Şıxkərimzadə, Hüseyn Musayev və Əli Hüseynli imza atıblar.
"Energetik"lə matçda "Sabah"dan Yusif Ağayev, Hüseyn Musayev və Ayxan Hüseynov fərqləniblər.
Tam oxu
Xəbəri oxu