Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın bəzi rayonlarında yanvarın 28-də güclü külək əsəcək.
BAKU.WS Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Qeyd edilib ki, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Qobustanda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.