Sabah bəzi ərazilərdə QAZ OLMAYACAQ

04.12.2024

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Sabah isə saat 10:00-dan etibarən Xəzər rayonunun Şüvəlan qəsəbəsinin Mayak bağları ərazisində yeni çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması məqsədilə qaz təchizatı dayandırılacaq. 
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Qaz təchizatı dayandırılan müddətdə Şüvəlan qəsəbəsinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью