Sabah bəzi ərazilərdə yağış, dağlarda qar yağacaq

16.11.2026

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.

Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Şimal-qərb küləyi səhər mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7–9, gündüz 12–16 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 769 millimetr civə sütunundan 763 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60–70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağıntı, dağlıq ərazilərdə qar yağacaq. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Qərb küləyi gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.

Havanın temperaturu gecə 4–8, gündüz 12–16 dərəcə isti, dağlarda gecə 5–10 dərəcə şaxta, gündüz 0–5 dərəcə isti olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью