Sabah bəzi rayonlarda yağış yağacaq, leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

09.10.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 9 oktyabr, AZƏRTAC

Oktyabrın 10-u günün birinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə AZƏRTAC-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью