Sabah bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir | Icma.az
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 5 fevral, AZƏRTACAzərbaycanda fevralın 6-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 3-5°, gündüz 6-8° isti olacağı ehtimal edilir.
Atmosfer təzyiqi normadan yüksək - 765 millimetr civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq.
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-4°, gündüz 5-9° isti, dağlarda gecə 3-8° şaxta, yüks
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu