Sabah Biləsuvarda 6300 dən çox abonentin qaz təchizatı dayandırılacaq

27.08.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Sabah Biləsuvar rayonunun bəzi ərazilərində qazın verilişində fasilə yaranacaq.

XQ-nin məlumatına görə, buna səbəb yeraltı daşıyıcı qaz xətinin kipliyə sınaq edilməsidir.

Görüləcək işlərlə əlaqədar avqustun 28-də saat 10:00-dan etibarən "Biləsuvar QPS"-dən qidalanan Xırmandalı, Əliabad, Bəydili, Zəhmətabad kəndləri və rayon mərkəzinin bəzi ərazilərinin (6250 əhali və 130 qeyri-əhali) qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью