Sabah Biləsuvarın bu ərazilərində işıq olmayacaq XƏBƏRDARLIQ

10.07.2026

Icma.az, Sia Az saytına istinadən bildirir.

Biləsuvarın bəzi ərazilərinin elektrik təminatında fasilə yaranacaq. SİA xəbər verir ki, iyulun 11-də Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Biləsuvar" yarımstansiyasının 10 kV-luq birinci bölməsində təmir işləri aparılacaq.

Bununla əlaqədar saat 11:00-dan 13:00-dək Aranlı, Bağbanlar, Çinarlı, Günəşli, İsmətli, Nəsimi, Zəhmətabad kəndləri, eləcə də şəhər ərazisinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.

Mətləb

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью