Sabah Binəqədi şossesinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq

16.10.2026

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sabah Binəqədi şossesinin Mehdiabad yolu ilə Zəngəzur küçəsinin kəsişməsinədək olan hissəsində qısamüddətli məhdudiyyət tətbiq olunacaq.

Milli.Az-ın məlumatına görə, adıçəkilən ərazidə təmir işləri ilə əlaqədar oktyabrın 17-si saat 06:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə qısamüddətli məhdudiyyət tətbiq ediləcək.

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью