Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Sabah Bakının Binəqədi və Sabunçu rayonlarının bəzi ərazilərində qaz olmayacaq.
Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun 6-cı, 7-ci, 8-ci və 9-cu mikrorayonlarının, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin, Xutor qəsəbəsinin və "Vorovski" yaşayış massivinin, həmçinin Sabunçu rayonunun Səməd Vurğun və Azərbaycan qadını küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin