Icma.az, Olke.az saytına istinadən bildirir.
Ölkə.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Məlumata görə, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:30-dan işlər yekunlaşanadək Ağdaş şəhərinin H.Əliyev prospekti, Vaqif, SU-18, S.Səlimoğlu, İ.Millətoğlu, L.Məmmədbəyov, Ə.Bayramov, M.Əfəndizadə, H.Hacıyev, K.Kərimov, İstiqlal küçələrində və rayonun Qarasuqumlaq kəndində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Həmçinin oktyabrın 1-də saat 09:30-dan işlər yekunlaşanadək Qəbələ şəhərinin N.Nərimanov, E.Kərimov, 20 Yanvar, H.Əliyev və İ.B.Qutqaşınlı küçələrində qaz təchizatında fasilə yaranacaq.
Bundan başqa, sabah saat 10:00-dan işlər yekunlaşanadək Şəki rayonunun Baltalı kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq.