Sabah bölgələrdə hava kəskin DƏYİŞƏCƏK

07.03.2025

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sabah hava bölgələrdə 22 dərəcəyədək yüksələcək.
Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Naxçıvan MR-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 15-20 dərəcə isti olacaq.
 

Qarabağ və Şərqi Zəngəzur bölgəsində havanın əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti olacaq.
Gəncə-Qazax bölgəsində də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-7, gündüz 15-20 dərəcə isti olacaq.
Eyni zamanda Şəki-Zaqatala və Quba-Xaçmaz bölgəsində havanın əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti olacaq. Mərkəzi Aran bölgəsində də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8, gündüz 17-22 dərəcə isti olacaq.
 

Lənkəran-Astara bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif şimal-şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 3-7, gündüz 13-18, dağlarda gecə 3-6, gündüz 11-16 dərəcə isti olacaq.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью