Sabah Borussiya matçının baş hakimi bəlli oldu

18.10.2026

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunun Bakıda keçiriləcək “Sabah”- “Borussiya” görüşünün hakimləri bəlli olub.

Sportal.az xəbər verir ki, oyun Xavyer Alberolaya həvalə olunub. 

Ona xətt hakimləri Alfredo Moreno və Karlos Alvarez Fernandes, həmçinin dördüncü hakim Viktor Qarsiya Verdura və VAR hakimi Sezar Soto kömək edəcək. 

Hakimlər briqadası İspaniyadandır. “Sabah” – “Borussiya” matçı oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək və matça saat 20:45-də start veriləcək.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью