“Sabah” BOS da məşqə çıxdı

12.10.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparan “Sabah” növbəti sınaq öncəsi hazırlıqlarını davam etdirir.

Futbolpress.az xəbər verir ki, II tur çərçivəsində Çexiyanın “Slaviya” (Praqa) klubunu qəbul edəcək Masazır təmsilçisi matçdan əvvəlki son məşqinə çıxıb.

Baş məşqçi Valdas Dambrauskasın rəhbərliyi altında Bakı Olimpiya Stadionunda gerçəkləşən məşq prosesinin ilk 15 dəqiqəsi media mənsubları üçün açıq olub. İsinmə hərəkətləri ilə start götürən hazırlıq çərçivəsində futbolçular daha sonra taktiki və fiziki tapşırıqları yerinə yetiriblər.

“Sabah” – “Slaviya” qarşılaşması oktyabrın 13-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Hakimin start fiti Bakı vaxtı ilə saat 20:45-də səslənəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью