“Sabah” braziliyalı müdafiəçini transfer edib

12.06.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 12 iyun, AZƏRTAC

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, braziliyalı müdafiəçi Junior Erivaldo Almeyda bundan sonra Azərbaycan çempionunun uğurları üçün çalışacaq. 26 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.

Almeyda Portuqaliyanın “Maritimu” klubundan transfer edilib. Mərkəz müdafiəçisi karyerası ərzində Braziliyanın “Novorizontino” (2020-2023), “Katanduva” (2021), “Votuporanguense” (2022), Portuqaliyanın “Eştrela Amadora” (2022-2023) və “Maritimu” (2024-2026) komandalarında oynayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью