Sabah Britaniyada Ukrayna üzrə danışıqların növbəti mərhələsi keçiriləcək

21.04.2025

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Aprelin 22-də Böyük Britaniyada Ukrayna üzrə danışıqların yeni mərhələsi keçiriləcək.

APA “unian”a istinadən xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Oleksiy Qonçarenko deyib.

Onun sözlərinə görə, danışıqlarda rəsmi Kiyevin və Qərb ölkələrinin nümayəndələri iştirak edəcək:

“Bu məhz Ukrayna – Avropa – Böyük Britaniya və ABŞ-ın Ukrayna məsələsindəki ümumi mövqeyə gəlməli olduqları məsləhətləşmələrdir. Bundan sonra həmin mövqe Rusiya tərəfinə təqdim olunacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью