“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək Macarıstanda...

12.08.2026

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Beləliklə, “Sabah”ın Çempionlar Liqasında liqa mərhələsinə düşməsinə mane ola biləcək komanda bəllidi. İsrail çempionu “Hapoel” (Beer Şeva) “Srvena Zvezda”nı Belqradda da məğlub etməklə “bayquşlar”la qarşılaşmaq imkanı qazandı.
“Football-plus.az” xəbər verir ki, pley-offun ilk oyunları avqustun 18-19-da, cavab görüşləri 25-26-da keçiriləcək. “Sabah” ilk oyunu səfərdə, daha doğrusu, neytral meydanda keçirməlidi. Xatırladaq ki, İsrail çempionu “Sabah”dan fərqli mübarizəyə ÇL-in 1-ci yox, 2-ci təsnifat mərhələsindən başlayıb. “Hapoel” həm “Vikinqur”, həm də “Srvena Zvezda” ilə ev oyununu Macarıstanın Sombathey şəhərindəki “Haladaş” İdman Kompleksində keçirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью