Sabah bu ərazidə qaz olmayacaq

26.12.2024

Manset portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sumqayıt şəhərinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə görüləcək təmir-quraşdırma işləri ilə bağlı 27.12.2024-cü il tarixində saat 09:00-dan etibarən işlər başa çatanadək “Sumqayıt” QPS-dən qidalanan “Şəhər qazı-4(Sumqayıt)” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Azəriqazdan Manset.az-a verilən məlumata görə, təmir işləri aparılan müddətdə Sumqayıt şəhərinin böyük hissəsinin qaz təchizatının dayandırılması, günün ikinci yarısında işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью