Sabah bu ərazidə qaz olmayacaq

03.02.2025

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Sabah Yevlax şəhərinin bir hissəsində qazın verilişində fasilə olacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, Tərtər Regional Qaz İstismar İdarəsinin Yevlax Xidmət Sahəsi tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar sabah saat 09:30-dan Yevlax şəhərinin bir sıra küçələrinə təbii qaz verilişi dayandırılacaq.

Qazın verilişi gün ərzində aparılan işlər yekunlaşdıqdan sonra bərpa olunacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью