Sabah bu ərazilərdə qaz kəsiləcək

01.04.2025

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Sabah İmişli şəhərinin bir hissəsində qaz kəsiləcək.

Gununsesi.info xəbər verir ki, İmişli şəhəri Xəqani küçəsində İmişli QPS-dən qidalanan 159 mm-lik orta təzyiqli daşıyıcı qaz kəmərinin üzərindən qeyri-yaşayış obyekt (çörək sexi) qaz xəttinin şəbəkəyə qoşulması məqsədi ilə əlaqədar olaraq sabah saat 09:30-dan etibarən işlər başa çatanadək İmişli şəhər M.Müşfiq, Xəqani, Q.İsmayılzadə, L.Vəliyev, Həsənoğlu, R.Əliyev, N.Nərimanov, S.Fətəliyev küçələrində (ümumi 1500 abonent) qaz təminatının daxildən dayandırılması planlaşdırılır.

Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью