Sabah bu ərazilərdə qaz olmayacaq | Icma.az
Icma.az bildirir, Moderator.az portalına istinadən. Noyabrın 28-də Cəlilabadın 24 kəndində qazın verilişində məhdudiyyət yaranacaq.
Moderator.az Report-a istinadən xəbər verir ki, sabah saat 10:00-dan görüləcək işlər başa çatanadək rayonun 24 yaşayış məntəqəsi üzrə 10 min 608 abonentin (Günəşli, Alar, Sabirabad, Qarazəncir, Ocaqlı, Əliqasımlı, Bədirli, Babaxanlı, Üçtəpə, Cəfərxanlı, Təzəkənd, Gülməmmədli, Ətcələr, Məmmədcanlı, Adnalı, Şiləvəngə, Abışabad, İnili, Şabanlı, Qasımbəyli, Təklə, Abazallı, Babalı və Cəlayir kəndləri) qazla təchizatı dayandırılacaq.
Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaları və təhlükəsizlik tədbirlərinə riayət etmələri xahiş olunur.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu