Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakıda və Abşeron yarımadasında noyabrın 20-də gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, gündüz isə arabir yağış yağacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.Milli Hidrometrologiya Xidmətindən Adalet.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı keçəcəyi gözlənilir.Havanın temperaturu gecə 9-11° isti, gündüz 12-15° isti olacaq.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 70-80 % olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq.
Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 2-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.