Sabah bu gün Barselona”nı qəbul edir

25.11.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Sabah” bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti matçına çıxacaq.

"Cebheinfo.az" xəbər verir ki, Valdas Dambrauskasın yetirmələri V tur çərçivəsində “Barselona”nı qəbul edəcək.

Qarşılaşma Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Qeyd edək ki, “Sabah” keçirdiyi 4 oyundan sonra 3 xalla turnir cədvəlinin 30-cu pilləsində qərarlaşıb. “Barselona” isə 9 xalla 8-ci yerdədir.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, V tur

21:45. “Sabah” (Azərbaycan) – “Barselona” (İspaniya)

Stadion: Bakı Olimpiya Stadionu

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью