Sabah bu gün Çempionlar Liqasında növbəti oyununa çıxır

14.07.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycan təmsilçisi "Sabah" FK bu gün UEFA Çempionlar Liqasında növbəti matçını keçirəcək.

XQ xəbər verir ki, baş məşqçi Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv I təsnifat mərhələsinin cavab qarşılaşmasında Uelsin "The New Saints" (TNS) komandasının qonağı olacaq.

Uelsdəki "Park Holl" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da start götürəcək. Matçı idarə edəcək baş hakim ispaniyalı Mateo Buskets Ferrerdir.

Xatırladaq ki, Masazırda keçirilən ilk görüşdə "Sabah" rəqibini 2:0 hesabı ilə məğlub edərək cavab oyunu öncəsi ciddi üstünlük əldə edib.

Bu cütün qalibi növbəti mərhələdə "Vardar" (Şimali Makedoniya) – "KuPS" (Finlandiya) duelinin güclüsü ilə üz-üzə gələcək. Komandaların ilk görüşündə Finlandiya təmsilçisi səfərdə 2:0 hesablı qələbə qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью