“Sabah” bu gün “Mançester Yunayted”lə qarşılaşacaq

10.09.2026

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün “Sabah” futbol komandası UEFA Çempionlar Liqasının əsas mərhələsindəki ilk oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv İngiltərədə “Mançester Yunayted”lə üz-üzə gələcək.

“Old Trafford” stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Görüşü Fransadan olan FIFA referisi Villi Delajo idarə edəcək.

Qeyd edək ki, “Sabah” oktyabrın 13-də Bakıda Çexiyanın “Slaviya” kollektivini qəbul edəcək.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью