“Sabah” bu gün “Petrokub”la cavab oyununa çıxacaq

31.07.2025

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan təmsilçisi Moldova klubunun kollektivini qəbul edəcək

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Sabah” bu gün II təsnifat mərhələsində cavab oyununa çıxacaq. AYNA.AZ xəbər verir ki, komanda Moldovanın “Petrokub” kollektivini qəbul edəcək. “Bank Respublika Arena”da keçiriləcək görüş saat 20:00-da başlanacaq.

Görüşü Serbiyadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, komandalar arasında Moldovada baş tutan ilk matçda “Sabah” 2:0 hesablı qələbə qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью