Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Misli Premyer Liqasında XXIII tura bu gün yekun vurulacaq.
Bizim.Media xəbər verir ki, sonuncu matçda lider "Sabah" doğma meydanda "Qəbələ" ilə üz-üzə gələcək.
Qarşılaşma "Bank Respublika Arena"da, saat 19:15-də start götürəcək.
"Sabah" 53 xalla turnir cədvəlində vahid liderdir. "Qəbələ" 16 xalla 11-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Karvan-Yevlax" "Sumqayıt"la (1:1), "Şamaxı" "İmişli" (0:0) ilə, "Zirə" "Kəpəz"lə (2:2) heç-heçə edib.
"Qarabağ" "Araz-Naxçıvan"ı altı cavabsız qolla üstələyibsə, "Turan Tovuz" "Neftçi"ni minimal hesabla məğlub edib - 1:0.
Bizim.Media