Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sabah saat 10:00-dan 24:00-a qədər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Data Mərkəzində profilaktik tədbirlərin aparılması ilə əlaqədar qurumun rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsinin (https://www.e-taxes.gov.az/, https://new.e-taxes.gov.az) təqdim etdiyi elektron xidmətlərdən istifadə etmək mümkün olmayacaq.
Axar.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb. Dövlət Vergi Xidməti yarana biləcək narahatçılığa görə üzr istəyib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.