Sabah bu rayonda qaz olmayacaq XƏBƏRDARLIQ

11.02.2025

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sabah Biləsuvar şəhərinin bir hissəsi və iki kəndin qaz təchizatında fasilə olacaq.

Sfera.az xəbər verir ki, Biləsuvar şəhər ərazisində Peşə liseyi məktəbinin qaz xəttinin mövcud mənbəyə qoşulması üçün H.Əliyev küçəsi, Upromxor, Təyyarə meydanı yaşayış massivi, Muğan və Yuxarı Ağalı kəndlərinin, ümumilikdə 1200 abonentin qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью