Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yasamal rayonunun İ.Qutqaşınlı küçəsində və A.Abbasov küçəsi ilə Z.Xəlilov küçələrinin kəsişməsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi məqsədilə sabah saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Bu barədə Publika.az-a "Azəriqaz" İB-dən bildirilib.
Təmir-bərpa işləri aparılan müddətdə İ.Qutqaşınlı, K.Kazımzadə, Ə.Ələkbərov, M.Rəhim və Z.Xəlilov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.