Sabah bu rayonun bəzi kəndlərində qaz KƏSİLƏCƏK

14.09.2026

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sabah Yardımlının bəzi kəndlərində qaz təchizatı dayandırılacaq.

Bu barədə Redaktor.az-a Lənkəran Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 15:00-dan işlər yekunlaşanadək Yardımlı rayonunun Şəfəqli, Perimbel və Cirimbel kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью