Sabah bu şəhərdə elektrik olmayacaq

17.12.2025

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Culfa 132/110/35/10 kV-luq yarımstansiyadan qidalanan 6 nömrəli (Neftibaza–FHN) və 7 nömrəli (Şəhər) hava xətlərində təmir işlərinin aparılması və yeni yarımstansiyaya qoşulması ilə əlaqədar dekabrın 18-də Culfa şəhərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

“Azərişıq” ASC-nin Naxçıvan Regional Elektrik Təchizatı Satış İdarəsindən Axar.az-a bildirilib ki, təmir işləri saat 10-dan 13-dək davam edəcək. Bu müddət ərzində Culfa şəhəri ərazisində elektrik enerjisinin verilişi dayandırılacaq.

Təmir işləri başa çatdıqdan sonra elektrik təchizatı bərpa ediləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью